İran XİN: Əsas diqqətimizi Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməliyik

İran əsas diqqətini Ermənistanlə strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməlidir.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Məcid Təxte-Rəvançi bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan strateji münasibətlərlə bağlı sənədin hazırlanmasında maraqlıdır:

“Əhatəli sənəd hazırlamaq üçün vaxt tələb olunur. Hər iki tərəf belə bir sənədin hazırlanmasında maraqlıdır. Bu məqsədə çatmaq üçün daha səylə işləməliyik”.

Comments are closed.

Tərcümə »