Kişineu məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulu ev dustaqlığına keçirməyə qərar verib.
“Report” xəbər verir ki, bu barədə elan olunan hökmdə deyilir.
“Məhkəmə bu gündən Yevgeniya Qutsul barəsində 30 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri tətbiq etməklə prokurorların vəsatətinin qismən təmin edilməsinə qərar verib”, – məhkəmənin qərarında bildirilir.
Daha əvvəl Moldova prokurorluğu Qaqauziya rəhbərinin həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Onun 20 günlük həbs müddəti aprelin 14-də başa çatır. Çərşənbə günü prokurorlar Qutsulun həbsinin uzadılması barədə vəsatət qaldırıblar.
Comments are closed.