Ərdoğandan müxalifətə SƏRT MESAJLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiya iclasında çıxış edir.

İctimai Rəy xəbər verir ki, Ərdoğan ölkədə son bir həftə ərzində baş verən hadisələrə, o cümlədən İstanbulun keçmiş meri Əkrəm İmamoğlu və müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının aksiyaları barədə danışır.

Prezident ölkədə bəzi qrupların nifaq salmağa çalışdığını bildirib. Onun sözlərinə görə, bu gün AK-yə yönəlik düşmən hərəkətlərinin kökündə insanların ideoloji düşüncələrini istismar edən qruplar dayanır.

O, burada xarici qüvvələrin də rolunun az olmadığını söyləyib. Bundan başqa, Ərdoğan Türkiyədə “5-ci kolon”un aktiv olduğunu vurğulayıb.

Comments are closed.

Tərcümə »