Dəniz quldurlarının gəmiyə hücumu barədə məlumat alan Ka-27PS helikopteri dərhal havaya qaldırılıb (FOTO)
“Vitse-admiral Kulakov” adlı iri sualtı qayığın dənizçiləri dəniz quldurlarının Panama gəmisini ələ keçirməsinə mane olublar. Hadisə Atlantik okeanının Qvineya körfəzində baş verib.
İctimairey.az bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamentinin məlumatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, “Vitse-admiral Kulakov” gəmisinin heyəti “Lusiya” gəmisindən qəza siqnalı qeydə alıb. Panama konteyner gəmisi Toqodan Kameruna üzürmüş. Lusiya gəmisinin dənizçiləri siqnal göndərdikdən sonra, maşın kabinəsinə sığınıblar.
Naməlum silahlı şəxslərin gəmiyə hücumu barədə məlumat alan kimi, Ka-27PS helikopteri dərhal havaya qaldırılıb. Təyyarədə Rusiya Dəniz Piyadaları Korpusunun bölməsi olub. Helikopterin yaxınlaşdığını görən dəniz quldurları, Panama gəmisini dərhal tərk ediblər. Onlar qayıqla tələsik bölgədən uzaqlaşıb.
İctimairey.az