ABŞ xüsusi təyinatlılar və raket artilleriya bölmələrini cəlb edib.
İsveç və ABŞ hərbi birləşmələri Rusiyanın birbaşa hərbi təcavüzü təhlükəsini dəf edilməsi üçün, birgə təlimlər keçirir. Təlimlərdə iştirak etmək üçün, ABŞ Xüsusi Təyinatlı Qüvvələrin bölmələrini və raket artilleriyasını cəlb edib. Bu manevrlərin ən çətin epizodlarından biri, Amerika raket sisteminin Qotland adalarına yerləşdirilməsidir ki, bu da müharibə olarsa, ehtimal ki, Rusiya Baltik Donanması qüvvələri ilk hədəfə çevrilə bilər.
İctimairey.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, HİMARS reaktiv yaylım atəş sisteminin operativ yerləşdirilməsinin məşqi zamanı Xüsusi Əməliyyat Qüvvələrinin 352-ci Hava Qanadından olan MC-130J Commando II təyyarəsi Visbi şəhəri yaxınlığındakı adi magistral yola enib. Döyüş ekipajı Viskonsin Milli Qvardiya artilleriyasından HIMARS sistemini yerləşdirib və “elektron raket atışı” həyata keçirib. Raket atışından sonra, quraşdırılmış sistem İsveç hərbi-nəqliyyat təyyarəsi C-130 tərəfindən çıxarılıb. Quraşdırılma və atış zamanı, havadan nəzarət İsveç Hərbi Hava Qüvvələrinin JAS-39 Grippen qırıcıları tərəfindən təmin edilib.
Həmçinin, ABŞ və İsveç hərbçiləri magistralların və ya aerodromların düşmənin ilk hücumu ilə məhv edilə bildiyi şəraitdə fəaliyyət göstərmə taktikasını işləyib hazırlayıblar. Qeyd olunur ki, hərbi manevrlər ABŞ və İsveç arasında 2016-cı ildə bağlanmış müdafiə sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində baş tutub. Eyni zamanda, İsveç hərbi rəhbərliyi qeyd edir ki, onların ölkəsi formal olaraq neytral qalmaqla, Rusiya Federasiyasının mümkün təcavüzünü dəf etmək üçün, ilk növbədə öz qüvvələrinə arxalanır, lakin eyni zamanda İsveç də öz tərəfdaş ölkələrinin hərbi qüvvələrinin köməyindən istifadə etməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl də, iki ölkənin desantlarının birgə taktiki təlimlər çərçivəsində, desant qoşunlarının çıxarılmasını işləyib hazırladığı bildirilib.
İctimairey.az