Ordu Qubernatorluğundan açıqlama: “Quran səhifələrindən konfet düzəldilib” (VİDEO)

0

Bildirilib ki, Orduda yeni açılan stadionda Quran vərəqləri kəsilərək konfet şəklində atılıb. Ordu Qubernatorluğu mövzu ilə bağlı istintaq başladıldığını və həbslərin olduğunu açıqlayıb.

Orduda yeni açılan stadionun ilk matçında, Quran səhifələrinin kəsilərək konfet şəklində atıldığı bir neçə vətəndaş tərəfindən fərq edilib.

Sosial media səhifəsində stadiona gedən gedən bir tamaşaçının paylaşdığı görüntülərdə, Quran ayələri olan səhifələrin parçalanaraq, yerlərdən toplandığı görüntülənib. Vəziyyəti anlayan vətəndaşlar bu barədə polisə xəbər veriblər. Polis, stadion işçiləri və bəzi tərəfdarları Quran səhifələri olan kağız parçalarını yerdən toplamağa başlayıblar.

“23 oktyabr 2021-ci il tarixində Yeni Ordu Stadionunda oynanılan Orduspor 1967 Futbol İdarəsi SK – Kırıkkale Büyük Anadolu Spor 3-cü Liqa futbol matçının 52-ci dəqiqəsində stadiona atılan kağızlar və konfetlər arasında Quran ayələri və Türk Bayrağı parçaları görünüb. Polis bölməsi tərəfindən aparılan araşdırmada qısa müddətdə 4 nəfər saxlanılıb və inzibatı istintaq davam edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »