Tacikistan Müdafiə Nazirliyi qonşu Əfqanıstandakı vəziyyəti “fəlakətli” kimi qiymətləndirib.
İctimairey.az RİA Novostiyə istinadən xəbər verir ki, Tacikistanın müdafiə naziri, general-polkovnik Şerali Mirzo bildirib ki, Əfqanıstanda vəziyyət fəlakət həddindədir.
O qeyd edib ki, bu nəticə bir sıra amillərdən irəli gəlir: legitim və inklüziv hökumətin olmaması, dövlət hakimiyyətinin fəaliyyət mexanizmləri, eləcə də insan hüquqlarının sistematik şəkildə pozulması. Onun sözlərinə görə, yuxarıda göstərilənlərin hamısı ölkənin bölgədə təhlükəsizliyə və sabitliyə təhlükə yaradan, beynəlxalq terror yuvasına çevrilməsinə gətirib çıxarır.
Mirzo beynəlxalq koalisiya qüvvələrinin geri çəkilməsindən sonra, Əfqanıstanda hərbi-siyasi vəziyyətin tamamilə pozulduğuna da diqqət çəkib.
Oktyabrın 18 -də Rusiya və Tacikistan, Taliban hakimiyyəti ələ keçirdiyi Əfqanıstandan mümkün təcavüzü dəf etmək üçün, birgə hərbi təlimə başladı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınin Kollektiv Qüvvələrinin qruplaşması beynəlxalq terrorçuların Tacikistan ərazisinə soxulmaq cəhdləri ilə bağlı sərhəd münaqişəsinin lokallaşdırılması üzrə əməliyyat hazırlayıb.
Xatırladaq ki, 15 avqustda Taliban Əfqanıstanın Amerika qoşunlarının ölkədən çıxarılması ilə bütün ərazisini nəzarətə götürüb. Düşənbə orada bütün milli azlıqların təmsil olunacağı əhatəli bir hökumətin qurulmasını tələb edir və Əfqanısatanı “zülm yolu ilə qurulan” nazirlər kabinetini tanımayacağı ilə hədələyib.
Öz növbəsində, Taliban Tacikistanı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırır.