Hüseyn Əmir- Abdollahyan: Bakı – Tehran münasibətləri qarşılıqlı hörmət əsasında genişlənir

0

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahyan şənbə günü azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığından sonra deyib ki, Tehran-Bakı münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edir.

İctimairey.az xəbər verir ki, bu barədə, telefon danışığından sonra, Amir-Abdollaxyan öz tvitində yazıb: “Həmkarım Cənab Ceyhun Bayramovla tam dəyərli, isti münasibətlər üçün yol xəritəsi haqqında səmimi, açıq və konstruktiv söhbət etdik”.

“İki ölkənin hökumətləri ilə iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edir”, – iranlı diplomat əlavə edib.

Telefon danışığı İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin cümə axşamı günü, Azərbaycan Respublikası tərəfindən saxlanılan iki iranlı sürücünü azadlığa buraxdığını elan etməsindən sonra olub.

İran Xarici İşlər naziri, BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində həmkarı Ceyhun Bayramovla ilə də görüşərək İranlı yük maşını sürücülərinin tranzitini asanlaşdırmaqla yanaşı, Azərbaycan polisi tərəfindən saxlanılan iki İranlı sürücünün işi də daxil olmaqla, bəzi konsulluq məsələlərini müzakirə edib. Daha sonra, tərəflər məsələni təmas yolu ilə həll etmək barədə razılığa gəliblər.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »