Bu günlərdə Millət Vəkili Jalə Əhmədova “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovla görüşüb.
İctimairey.az xəbər verir ki, görüşdə Salyan sakinlərini narahat edən bir neçə məsələ, o cümlədən ölkə üzrə aqrar sahənin inkişaf etdirilməsi və su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su ehtiyatlarından səmərəli istifadə olunmanın rolu və s. digər bir çox məsələlər ətraflı müzakirə edilib.
Görüşün sonunda, Jalə Əhmədova “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılova vaxt ayırıb, onu qəbul etdiyinə görə öz təşəkkürünü bildirib və ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıb.
Fuad QƏHRƏMANOV İctimairey.az