Putinin BMT-də çıxışı: – Ərdoğan Haqlıdır. Türkiyə daimi üzv ola bilər.

0

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daha balanslı olması üçün, bir şeylər edilməli olduğunu ifadə edərək, “Prezident Ərdoğan bu düşüncədə haqlıdır. BMT Təhlükəsizlik Şurası İkinci Dünya Müharibəsindən sonra dünyaya gəldi. O dövrdə müəyyən bir tarazlıq vardı. İndi bunlar dəyişir”– Putin deyərək, Türkiyənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola biləcəyini bəyan edib.
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Soçi şəhərində keçirilən 18 -ci Valday Beynəlxalq Müzakirə Klubunun toplantısına qatılıb. Proqramda ona verilən sualları cavablandıran Putin, Rusiyanın daxili və xarici siyasəti ilə bağlı fikirlərini çatdırıb. Dünyanın son 10 ildə bir sivilizasiya böhranı yaşadığını ifadə edən Putin, “Qarşılaşdığımız böhran konseptual bir böhran, hətta bir sivilizasiya böhranıdır. Əslində bu, bu cür yanaşma prinsiplərin böhranıdır. Bu vəziyyətdə hansı istiqamətdə irəliləyəcəyik, nədən imtina edəcəyik, nələri nəzərdən keçirəcəyik və ya düzəldəcəyik. “Əminəm ki, əsl dəyərlər uğrunda mübarizə aparılmalıdır və biz bütün gücümüzlə onları təqib etməliyik ” – deyib. 
Prezident Rəcəb Tayyib Ərdoğanın yaxşı bir analitik olduğunu ifadə edən Putin, “Ərdoğan bu yaxınlarda Rusiyaya gəlmişdi və biz danışdıq” – deyib. Ərdoğanın Türkiyənin Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi üzvü ola biləcəyini düşündüyünü ifadə edən Putin, “Ancaq Rusiya bunu təkbaşına həll edə bilməz, yekdilliklə səs verilməlidir. Hindistan və Cənubi Afrika kimi ölkələr də var. Önəmli olan tarazlığı qorumaqdır. Məsələn, daimi üzvlərin hüquqlarını əlindən alsaq, BMT ölür. Millətlərin birliyinə çevrilir və sona çatır. Sadəcə müzakirələr üçün bir platformaya çevrilir. Valday Müzakirələr Clubu 2 olur” – deyə əlavə edib.
PREZİDENT ƏRDOĞAN HAQLI
Təhlükəsizlik Şurasında dəyişikliklər edilə biləcəyini ifadə edən Putin, – “Ancaq Təhlükəsizlik Şurasının təməlini məhv etmədən, bir dəyişiklik edilməlidir, çünki bu gün Təhlükəsizlik Şurası BMT -nin mənasıdır. Daimi üzvlər var. Təhlükəsizlik Şurasında təmsil olunan qeyri-daimi üzvlər də var. Bu səbəbdən bu quruluşu daha balanslı və təsirli edə biləcəyimizi düşünməliyik. Prezident Ərdoğan bu baxımdan haqlıdır. BMT İkinci Dünya Müharibəsindən sonra qurulub və o dövrdə fərqli güc balansları var idi. İndi bu dəyişib. Hamımız bunu çox yaxşı bilirik. Əlbəttə ki, bunların hamısını müzakirə etməliyik, amma islahat yolunda səhvlərə yol verməməliyik “- deyə Putin vurğulayıb.
ABŞ ZƏRBƏ VURUR
ABŞ -ın İraqdan sonra, Əfqanıstandan çıxmasını tənqid edən və bölgədə xaosa səbəb olduğunu bildirən Putin, – “20 ildir dünyanın ən güclü ölkəsi, özünə bərabər olmayan iki bölgədə hərbi əməliyyatlar aparır. 20 ildir ki, öz məqsədləri üçün, girdiyi bölgələri tərk edərkən, böyük ziyan vurub. ABŞ-ın apardığı müharibələr əməliyyat bölgələrinə böyük zərbə vurub” – deyə ABŞ-ı tənqid edib.

TALİBAN RADİKAL QRUPLARDAN XİLAS OLMAQ İSTƏYİR
Əfqanıstanı ələ keçirdikdən sonra, müvəqqəti hökumət quran və dünya ictimai rəyində narahatlıqla yanaşılan Taliban rejiminə mülayim yanaşan Putin, Talibanın ölkədəki radikal qruplardan xilas olmağı hədəflədiyini və Rusiya olaraq görürük ki, Taliban Əfqanıstanda radikal qruplardan qurtulmaq istəyir. – ifadələrini söyləyib.
QƏRB EVİMİZƏ GİRMƏMƏLİDİR
Qərbi tənqid edərək, Qərb ölkələrinin bir çox ölkəyə zor tətbiq etdiyini və bunun ailə quruluşuna zərər vurduğunu irəli sürən Putin, – “Azlıqların xeyrinə çoxluqlara qarşı ayrı seçkilik və ya valideynlər, ailələr və hətta fərqli dəyərlər kimi əsas dəyərlərdən imtina tələbi. Onlara sosial yeniləşmə yolunda min klometrlərlə atılan daşlar. Qərb evimizə girməyə çalışmamalıdır, çünki rusların böyük əksəriyyəti mənəvi dəyərlərin, tarixi ənənələrin və mədəniyyətin əsas götürülməli olduğunu düşünür”.
PUTİNDƏN KAPİTALİZMİN TƏNQİDİ
“Hazır reseptlər yoxdur. Vəhşi kapitalizm də işləmir” – deyən Putin, – “Hamı deyir ki, bu gün çoxluq təşkil edən ölkədə sosial nizamın əsasını təşkil edən hazırkı kapitalizm modeli köhnəlmişdir. Kapitalizm çərçivəsində artıq getdikcə mürəkkəb ziddiyyətlər spiralından çıxış yolu yoxdur. Bu mövzuda Çinin təcrübələri araşdırıla bilər.
Putin, ölkəsinin Çinlə yaxşı əlaqələr qurduğunu və hərbi mənada ortaq siyasətlər həyata keçirdiklərini, ancaq hərbi bir blok yaratmadıqlarını ifadə edib.
NATO RUSİYANI ALDADIB
NATO -nun Sovet İttifaqına qarşı qurulduğunu xatırladan Putin, Sovet İttifaqının dağılmasına baxmayaraq, NATO -nun Rusiyaya qarşı addımlar atdığını və “NATO hərbi genişlənməsinin şərqə keçməyəcəyi söyləyərək, Rusiyanı aldatdığını” – söylədi.
Rusiyanın qonşusu olan Ukraynada NATO -nun varlığının onlar üçün təhlükə yaratdığını ifadə edən Putin, “Ukrayna NATO -ya üzv ola bilməz, ancaq bölgədə hərbi investisiyalar davam edir. Bu, Rusiya üçün əsl təhlükə deməkdir. ABŞ müdafiə nazirinin açıqlamaları da Ukraynaya qapını açmaq üçünDÜR. NATO burada hər şeyi təlim mərkəzləri adı altında yerləşdirə bilər. Rusiyanın burnunun altına raket ata bilərlər ” – deyə Putin vurğulayıb.
RUSİYADA SOSİAL DÖVLƏT QURMALIDIR
Ölkəsində gəlir ədalətsizliyinə qarşı sosial bir dövlət qurmalı olduqlarını ifadə edən Putin, – “Sosial bir dövlət qurmalıyıq. Avropada, xüsusən də, Şimali Avropada uzun müddətdir ki, sosial bir dövlətin qurulması haqqında danışılır. Lakin, fərqli kateqoriyalardakı vətəndaşların gəlir fərqini nəzərə alsaq, bu bizim iüçün önəmlidir. Hərçənd ki, bu, bizim problemimiz deyil”.
Esmra ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »