Tramp administrasiyası Kanadanın “Beş göz” Alyansından çıxarılmasını müzakirə edir

Kanadanın “Beş Göz” kəşfiyyat alyansından xaric edilməsi Ağ Evdə ən yüksək səviyyələrdə müzakirə olunur.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Kanadanın Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın da daxil olduğu “Beş Göz” alyansından çıxarılması təklifinin müəllifidir.

Nəşrin yazdığına görə, rəsmi Vaşinqton bununla Ottavanı ABŞ ərazisinə köçən qanunsuz miqrantlarla mübarizənin gücləndirilməsinin təşviqinə ümid edir. Qeyd olunur ki, hazırda Trampın bu fikrə necə cavab verdiyi məlum olmasa da, Ağ Ev rəsmiləri məsələni geniş müzakirə edir.

Comments are closed.

Tərcümə »