Fransada silah şirkəti Ukrayna ordusu ilə müqavilənin ləğvindən sonra müflis olub

1820-ci ildə əsası qoyulan Fransanın “Verney-Karron” şirkəti Ukrayna Silahlı Qüvvələrinə silah tədarükü ilə bağlı müqavilənin ləğvindən sonra müflis olub.

“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Silah istehsalçısı artıq müflis olduğunu açıqlayıb və iflas proseduru üçün müraciət edib.

Telekanal bildirib ki, Uraynaya silah tədarükü üçün 2023-cü ilin noyabrında elan edilmiş 36 milyon avroluq müqavilə hələ də təsdiqini tapmayıb. Şirkət bir neçə ildir ki, itkilərlə üzləşib.

Comments are closed.

Tərcümə »