Yakutiyalı nazir Ukrayna müharibəsində ayağını itirib

Yakutiyanın (Saxa) gənclərlə iş və sosial kommunikasiyalar naziri Pyotr Şamayev Ukraynada döyüş əməliyyatlarında iştirak edərkən yaralanıb.

Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, nəticədə həkimlər onun ayağını amputasiya etməli olublar.

Şamayev 2024-cü ilin avqustunda altı aylıq müqavilə imzalayaraq “xüsusi hərbi əməliyyat” zonasına gedib. O, fevralda Yakutiyaya qayıtmalı idi, lakin fevralın 1-də nazir piyada əleyhinə minaya düşüb və təcili olaraq xəstəxanaya aparılıb. Orada onun üzərində bir neçə əməliyyat keçirilib.

Fevralın 5-də Şamayev Moskvaya aparılıb və orada həkimlər onu yenidən əməliyyat edərək, ayağının əlavə amputasiyasını həyata keçiriblər.

“Bu, artıq dördüncü əməliyyatdır”, – deyə Şamayev Telegram kanalında yazıb.

Hazırda o, paytaxtdakı klinikalardan birində müalicə olunur.

Comments are closed.

Tərcümə »