ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən göndərilən humanitar yardım Livanda “Hizbullah”ın silah anbarında tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Post” İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusuna istinadən məlumat verib.
Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti başçısı təyin edilib.
USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
Comments are closed.