Xəzər dənizində suyun səviyyəsi 16 il ərzində 1,5 metr aşağı düşüb

Qazaxıstan Ekologiya Nazirliyi Xəzər dənizinin dayaz sahili ilə bağlı videoya münasibətdə bildirib ki, Xəzər dənizində suyun səviyyəsi 16 il ərzində təxminən 1,5 metr azalıb və azalma davam edəcək.
“2005 -ci ildən etibarən Xəzər dənizinin səviyyəsi aşağı düşməyə meyllidir. Və eniş davam edəcək. Dəniz səviyyəsi artıq 1,4 metrdən çox aşağı düşüb ”, – nazirlikdən bildirilib.
Az əvvəl Xəzər dənizinin videosu sosial şəbəkələrdə yayımlanmışdı. Videodan görünür ki, balıqçı gəmiləri praktiki olaraq quruda dayanıb.

Nazirliyin mütəxəssisləri videonun Xəzərin ovalığında, Şimal-Şərqi Xəzərdə və çox dayaz dərinliklərdə çəkildiyini irəli sürüblər.
“Dəniz çəkilir, geridə isə, kiçik körfəzlər və bataqlıqlar qalır” – Ekologiya Nazirliyindən bildiriblər.
Nazirliyin nümayəndələri Xəzərin suyunun azalmasının davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər, belə proqnozlar “Kazqidromet” tərəfindən verilir.
Güloğlan Məmmədov  İctimairey.az

Comments are closed.

Tərcümə »