Taliban hakimiyyəti Əfqanıstandakı yeganə qadın radiosu olan “Begum”un fəaliyyətini dayandırıb.
CNN-in məlumatına görə, bu radio, xüsusilə, təhsildən məhrum edilmiş qızlar üçün dərslər yayımlayırdı.
Radionun yayımı çərşənbə axşamı dayandırılıb. Buna səbəb Talibanın İnformasiya və Mədəniyyət Nazirliyinin əməkdaşlarının ofisdə axtarış aparması olub.
Bu addım Talibanın ölkədə qadınların təhsil və ifadə azadlığını məhdudlaşdıran siyasətinin davamı kimi qiymətləndirilir.\\musavat\\
Comments are closed.