Son həftələrdə şiə məscidlərini bombalayaraq, yüzlərlə insanı öldürən İŞİD, hücumlarını davam etdirəcəklərini açıq şəkildə ortaya qoyub.
İctimairey.az xəbər verir ki, İŞİD həftəlik “Əl-Nəba” qəzetində şiə məzhəbinin üzvlərinə qarşı yeni bir fəlakət yaşadacaqları bəyanatını yayımlayıb.
Mümkün olan hər yerdə şiə müsəlmanlarına hücum edəcəklərini bildirən terror təşkilatı, xüsusilə Əfqanıstanda yaşayan şiə məzhəbinin üzvlərini hədəf alıb.
Khaama Press xəbər agentliyi, İŞİD-in bir bəyanat yayımladığı qəzetdə, “Şiə məzhəbinə bağlı insanlar evlərində nişan alınaraq öldürüləcəklər” kimi ifadələr olduğunu yazıb.
Bu təhdidli ifadə, cümə günü Əfqanıstanın Qəndəhar əyalətində bir şiə məscidində baş verən partlayışdan sonra verilib.
Partlayışda 60-dan çox adam ölüb, 80-dən çox adam yaralanıb və hücumun məsuliyyətini İŞİD-Xorasan (İŞ-K) üzərinə götürüb.
Güloğlan Məmmədov İctimairey.az