ABŞ-ın BMT-yə 2,8 milyard dollar borcu yığılıb

ABŞ-ın BMT-yə 2,8 milyard dollar borcu var.

Musavat.com xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak deyib. Onun sözlərinə görə, bu məbləğin 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə aiddir: “ABŞ-ın BMT-nin adi büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər müntəzəm büdcəni, sülhməramlı missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”.

Hak onu da xatırladıb ki, dünya təşkilatının müəyyən edilmiş qaydalarına görə, bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, bu ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

Vaşinqton BMT-nin əsas sponsorlarından biri olaraq qalır və 2022-ci ildə onun töhfələri təşkilatın ümumi büdcəsinin üçdə birindən çoxunu təşkil edib.

Comments are closed.

Tərcümə »