Hindistan neft idxalını artırıb – Azərbaycandan alışları…

2024-cü ilin yanvar-noyabr aylarında Hindistan 222,08 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Musavat.com ölkənin Ticarət Nazirliyinin açıqladığı statistikaya əsasən xəbər verir ki, pul ifadəsində tədarüklər 132,95 milyard dollar (+3,2 faiz illik artım) təşkil edib.

2022-ci ilin iyun ayından tədarükdə lider olan Rusiya 11 ayda Hindistana 82,13 milyon ton (+9,6) neft satıb. Beləliklə, Rusiya nefti ölkənin ümumi idxalının 37 faizini təşkil edib. Hesabat dövründə Hindistan 45,77 milyon ton (+2,5 faiz) İraqdan, 28,79 milyon ton (-10,9 faiz) Səudiyyə Ərəbistanından neft alıb. Pul ifadəsində əməliyyatların həcmi müvafiq olaraq 48,08 milyard dollar, 26,35 milyard dollar və 18,19 milyard dollar təşkil edib.

Noyabrın özündə Hindistan 22,12 milyon ton neft alıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 20,2 faiz çoxdur. Əməliyyatların pul ifadəsində həcmi 12,4 milyard dollar (+4,5 faiz) təşkil edib. Bunun 7,22 milyon tonu Rusiyadan, 4,39 milyon tonu Səudiyyə Ərəbistanından, 3,45 milyon tonu isə İraqdan alınıb.

Qeyd edək ki, neftin əksinə olaraq, Hindistan Rusiyadan neft məhsullarının idxalını 10 dəfədən çox azaldıb.

Yeri gəlmişkən, Hindistan Azərbaycan neftinin əsas alıcıları arasında 4-cü yerdədir. 2024-cü ilin 11 ayında ölkə 729 milyon 796.92 min dollar dəyərində 1,2 milyon ton Bakı nefti alıb.

 

Comments are closed.

Tərcümə »