Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib

Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində “Orduspor” klubunun sabiq prezidenti Nedim Türkmen də həlak olub.

66 yaşlı keçmiş klub rəhbəri faciə nəticəsində ailə üzvləri ilə birlikdə dünyasını dəyişib.

N.Türkmen 2009-2014-cü illərdə “Orduspor”un prezidenti vəzifəsində çalışıb.

Həmçinin, yanğında “Qalatasaray”ın keçmiş idmançısı Mehmet Cem Doğan həyat yoldaşı və qızı ilə birgə həlak olub.

Qeyd edək ki, son məlumata görə, yanğında 76 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.//Oxu.Az

Comments are closed.

Tərcümə »