Rusiya ilə İran arasında bu gün imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bütün sahələrdə əməkdaşlığa təkan verəcək.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.
“Sizin bugünkü səfəriniz xüsusi əhəmiyyət kəsb edir, çünki bizim nəinki əməkdaşlığımızın bütün sahələrini müzakirə etmək imkanımız olacaq, həm də Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair əsas saziş imzalayacağıq”, – Rusiya başçısı bildirib.
Putin vurğulayıb ki, beynəlxalq gündəmlə bağlı Rusiya-İran məsləhətləşmələrinə həm dünyada, həm də Yaxın Şərqdə böyük tələbat var.
Rusiya prezidenti İranın ruhani lideri Ayətullah Əli Xameneiyə ən xoş arzularını çatdırıb:
“Biz bilirik ki, İran-Rusiya münasibətləri onun şəxsi nəzarəti altındadır və buna görə ona minnətdarıq”.
Comments are closed.