Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir və konkret nəticələrə gətirib çıxara biləcək təmaslara hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva danışıqlar prosesinə və “real nəticə” verə biləcək təmaslara açıqdır.
Zaxarova həmçinin qeyd edib ki, ABŞ-nin Ukrayna üzrə danışıqlara cavabdeh olan nümayəndələri hazırda daha çox Yaxın Şərqdəki vəziyyətlə məşğuldurlar.
“Bir daha təkrar edirəm: biz öz tərəfimizdən danışıqlar prosesi konsepsiyasından, təmaslardan və bəyan etdiyimiz nəticəyə yönəlmiş görüşlərin keçirilməsindən imtina etməmişik”, – deyə XİN rəsmisi vurğulayıb.
Comments are closed.