Nikol Paşinyandan SON DƏQİQƏ SÜLH AÇIQLAMASI

0

“Ermənistanın təhlükəsizliyinin əsas təminatı sülhdür”.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, əvvəllər mövcud olan təhlükəsizlik təminatı mexanizmləri işləməyib və Ermənistan bir çox təhlükələrlə üzləşib.

“Bizim yanaşmamız təhlükəsizlik zəmanətləri yaratmaqdır. Bu kontekstdə bu gün Ermənistanda həyata keçirilən hər şey bu təhlükəsizlik təminatlarının yaradılması prosesidir”, – deyə erməni baş nazir bildirib.

Onun sözlərinə görə, Tavuş bölgəsində quraşdırılan sərhəd dirəkləri Ermənistan Respublikasının təhlükəsizliyini təmin edən sütunlardır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »