BMT baş katibinin köməkçisi Ermənistana gəldi

0

BMT baş katibinin köməkçisi, qurumun Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç mayın 5-də Ermənistana dördgünlük səfərə gəlib.

İctimai Rəy xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, İvana Zivkoviçin səfərinin məqsədi BMT-nin İnkişaf Proqramının Ermənistan hökuməti ilə tərəfdaşlığını müzakirə etməkdir.

Məlumata görə, Jivkoviç səfər zamanı Ermənistan parlamentinin spikeri, Ermənistan baş nazirinin müavini və Ermənistan xarici işlər nazirinin müavini ilə görüşəcək.\\axar.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »