Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”

0

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”.

İctimai Rəy xəbər verir ki, bu sözləri Ağdamda yerləşən mərkəzin bağlanış mərasimində Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

O xatırladıb ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-həmlə əməliyyatı keçirib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb.

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il tarixli bəyanatına əsasən, atəşkəs rejiminə nail olundu. 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu. Türkiyə və Rusiya arasında imzalanmış 11 noyabr 2020-ci il memorandumuna əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”, – deyə Qərargah rəisi qeyd edib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »