Qardaş ölkə daha bir UĞURA imza atdı

0

Türkiyənin “Baykar” şirkəti süni intellektə malik yeni mini raket, Bayraktar “KEMANKEŞ 2″ni sınaqdan keçirib.

Raket 200 km-dən çox uçuş məsafəsinə malikdir və təxminən bir saat havada qala bilir.

Qeyd olunub ki, “KEMANKEŞ 2” reaktiv mühərriki sayəsində sürətlə hərəkət edərək düşmən xəttinin arxasındakı hədəfləri vura bilir.

Raket süni intellekt tərəfindən dəstəklənən optik bələdçilik sistemi ilə təchiz edilib ki, bu da ona çətin hava şəraitində belə hədəfləri tanımağa və məhv etməyə imkan verir.

Raketin uçuşu həm də süni intellektə əsaslanan avtopilot sistemindən istifadə etməklə avtonom şəkildə həyata keçirilir.

Zərbə funksiyalarına əlavə olaraq, “KEMANKEŞ 2” məlumatların toplanması və yerüstü idarəetmə stansiyasına ötürülməsi üçün istifadə edilə bilər. Raketin özü mühərrik də daxil olmaqla yerli “BAYKAR” texnologiyalarından istifadə etməklə hazırlanıb.

Qeyd edək ki, “BAYKAR” şirkəti “Bayraktar TB2”, “AKINCI” və “Kızılelma” kimi PUA-larla məşhurdur.

(Musavat.com)

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »