Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu – FOTO

0

Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, Astara rayon sakini Kamran Bayramov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü K.Bayramov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Astarada yol polisi əməkdaşlarının 3 ay ərzində intizamsız sürücülərə qarşı keçirdikləri profilaktik tədbirlər zamanı 4171 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 50 sürücü barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »