SON DƏQİQƏ! Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır

0

Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Bu barədə “Kommersant” qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov konfrans zamanı sülhməramlıların geri çəkilməsi ilə bağlı suala “Bəli, həqiqətən belədir” cavabını verib.

Onun sözlərinə görə, artıq Rusiya sülhməramlılarının şəxsi heyət və hərbi texnikalarının Qarabağdan çıxarılmasına başlanıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağda müvəqqəti müşahidə məntəqələrini bağladığı barədə məlumat yaymışdı.\\musavat\\

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »