İsrail: Son 24 saat ərzində Qəzzada 300-dən çox yerə hücum etdik

İsrail ordusu son 24 saat ərzində blokadada olan Qəzza zolağında 300-dən çox yerə hücum etdiyini açıqlayıb.

0

Dünyanın atəşkəs çağırışlarına baxmayaraq, İsrail Qəzza zolağına hücumlarını davam etdirir.

İctimai Rəy xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Qəzza zolağının şimalında olduğu kimi cənubunda da Xan Yunusə qurudan hücuma keçən İsrail ordusu bölgəni bombardmanlarını davam etdirir.

Ordunun verdiyi yazılı açıqlamada son 24 saatda Qəzzada 300-dən çox yerin hava, quru və dəniz hücumları ilə bombalandığı bildirilib.

Vurulan yerlərin HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid “hədəflər” olduğu iddia edilib.

Səhiyyə Nazirliyinin dünən Qəzzada verdiyi açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 19 min 667 fələstinli həyatını itirib, 52 mindən çox insan isə yaralanıb

İctimai Rəy

Leave A Reply

Your email address will not be published.

Tərcümə »