İsveçdə yenə Qurani-Kərim yandırıldı

0

İsveçin paytaxtı Stokholmda yenə müqəddəs Qurani-Kərim yandırılıb.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni artıq eyni səbəbə görə barələrində cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Nacim törədib.

Belə ki, polisin icazəsi ilə keçirilən aksiyada jurnalistlər də daxil olmaqla, 60-ya yaxın insan toplaşıb.

Momika və Nacim müqəddəs kitabın bir nüsxəsini təpikləyib, üstünə çıxıb, sonra vərəqlərini yandırıblar.

Baryerin yanında dayanan müsəlmanlar belə bir hərəkətə etiraz ediblər. Onlardan biri “Kitab yandırmaq demokratiya deyil!”, – deyə uca səslə söyləyiblər.

Qeyd edək ki, bu, Avropa ölkəsində ilk belə “aksiya” deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »