Amerika Birləşmiş Ştatları 200 milyon dollar dəyərində Ukraynaya yeni hərbi yardım paketi elan edib.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken açıqlayıb.
Onun sözlərinə görə, Ukraynaya yeni hərbi yardım ABŞ-ın ehtiyatlarından silahların ötürülməsinə imkan verən “Presidential Drawdown Authority” mexanizmi çərçivəsində verilir.
Yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə silahlar və minatəmizləmə texnikası daxildir