ABŞ Yaxın Şərqə 4 minə yaxın xüsusi təyinatlı göndərir

0

İranın nüvə proqramını inkişaf etdirməsi, Birləşmiş Ərəb Əmirliklərinə aid olan adalara iddia etməsi fonunda fars körfəzində hərbi təlimlər keçirməsi, ABŞ hərəkətə keçirib. SEPAH Fars körfəzində hərbi təlimlər keçirməsi İranın BƏƏ aid adalara qarşı hərbi əməliyyatlar keçirməsinə gətirib çıxara bilər.

Qeyd edim ki, Moskvada Rusiya və körfəz ölkələri arasında keçirilən zirvə görüşündə Rusiya İranın iddia etdiyi üç adanı BƏƏ ərazisi kimi tanınan qətnaməni dəstəkləyib. Bu da İranın hərbi təlimlər keçirməsinə və körfəzdə hərbi gərginlik yaratmasına səbəb olub. Fars körfəzində hərbi gərginlik və İranın BƏƏ aid adalara iddia irəli sürməsi müharibə variantını gündəmə gətirib. Ona görə də ABŞ bölgəyə xüsusi birliklər göndərməklə İranın artan hərbi çətinliyinə qarşı tədbirlər həyata keçirir.

Əgər, İran BƏƏ aid adalara qarşı hərbi əməliyyatlar apararsa, müharibəyə ABŞ, Səudiyyə Ərəbistanı və İsraildə İrana qarşı hərbi əməliyyatlara qoşula bilər. Bununla da İrana qarşı yeni beynəlxalq hərbi koalisiyası formalaşa bilər. Bu da İran rejiminin zəifləməsinə və hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Artıq ABŞ müharibəyə hazırdır. Amma, İran özünə qarşı potensial hücum görəcəksə, hərbi qarşıdurmaya getməyə bilər..

Məhəmməd Əsədullazadə

Leave A Reply

Your email address will not be published.

Tərcümə »