Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində azı 15 sərnişin ölüb, daha 50 nəfər yaralanıb.
Bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.
***
“Hazara Ekspress” qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 30-a çatıb. Daha 80 nəfər isə yaralanıb.
Aşan vaqonların içərisində hələ də sərnişinlərin qaldığı bildirilir.