“Dünyada COVID-19-a yoluxma halları 7% artıb” – ÜST

0

Dünyada COVID-19-a yoluxma hallarının 7% artıb.

Bu barədə ÜST məlumat yayıb.
28 gün ərzində 1 milyondan çox insan yoluxub, onlardan 3 mindən çoxu ölüb.

Təşkilatın sözlərinə görə, koronavirus hələ də ciddi təhlükə yaradır, buna görə də ölkələr xəstəliyə qarşı mübarizə aparmaq üçün infrastrukturu saxlamağa çağırıblar.

Dörd həftə ərzində ən çox yoluxma Cənubi Koreyada aşkarlanıb – 751 484. Sonrakı yerləri Braziliya, Avstraliya, Yeni Zelandiya və Sinqapur tutur. Ən çox ölüm halı Braziliyada qeydə alınıb – 695. Peru, Avstraliya və Rusiya ikinci yerdədir.

COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət qlobal səhiyyədə 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST koronavirusun yayılmasını pandemiya kimi qeyd edib.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »