Müharibə başlayandan 14 milyon ukraynalı Polşaya keçib

0

Müharibə başlayandan bəri Ukraynadan Polşaya daxil olanların sayı 14 milyon 182 min nəfər təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, son olaraq Ukraynadan ölkəyə 30 min 800 nəfər gəlib.

Eyni zamanda, vurğulanıb ki, ölkəyə daxil olan ukraynalılardan 12 milyon 399 min nəfəri Polşanı tərk edib. Hazırda Polşada təxminən 2 milyon ukraynalı var.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »