İran XİN rəhbəri Pakistana getdi

0

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Pakistana səfər edib.

Bu barədə İran Xarici İşlər Nazirliyi rəsmi “Telegram” kanalında yazıb.

Bildirilib ki, iranlı diplomat artıq paytaxt İslamabaddadır.

Səfər çərçivəsində Pakistan hökumətinin yüksək rütbəli rəsmi şəxsləri ilə müzakirələr və fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Müzakirələr zamanı ölkələrarası əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, sərhədyanı ərazilərdə qarşılıqlı əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin inkişafı, regional problemlər və beynəlxalq məsələlər nəzərdən keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »