Rusiya F-16 qırıcılarının Ukraynaya verilməsini Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndirəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hərbi əməliyyat zamanı hərbçilərimiz təyyarələrin nüvə silahını çatdırmaq üçün təchiz edilib-edilmədiyini anlaya bilməyəcək. Ukrayna ordusunda bu cür sistemlərin meydana çıxması faktı bizim tərəfimizdən Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndiriləcək”, – o bildirib.
Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı sualı cavablandıran Lavrov xatırladıb ki, bu cür silahlardan istifadə ssenariləri Rusiya Hərbi Doktrinasında aydın şəkildə müəyyən edilib:
“Eyni zamanda, qeyd edim ki, ABŞ və onun NATO peykləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə doludur”.