Meşə yanğınları 8,4 milyon hektar ərazini məhv etdi

0

İlin əvvəlindən Kanadada meşə yanğınları 8,4 milyon hektar ərazini məhv edib, aktiv yanğınların sayı isə 590-a çatıb.

Axar.az xəbər verir ki, bu barədə Kanadanın İdarələrarası Meşə Yanğın Mərkəzi məlumat yayıb.

Məlumata görə, 590 yanğından 289-u hələ də xilasedicilər tərəfindən nəzarətə götürülməyib. İyunun sonunda ölkə üzrə 420-dən çox aktiv yanğın hadisəsi qeydə alınıb. Hazırda ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb.

Qeyd edək ki, Kanadada meşə yanğınlarının aradan qaldırılmasına on ölkədən ən azı 1,8 min xarici yanğınsöndürən cəlb edilib. Söhbət Avstraliya, İspaniya, Kosta-Rika, Meksika, Yeni Zelandiya, Portuqaliya, ABŞ, Fransa, Çili və Cənubi Afrikadan olan xilasedicilərdən gedir. Yanğının söndürülməsinə Kanada ordusunun bölmələri də cəlb olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »