Almaniya ordusunun inventarında cəmi 20 min artilleriya mərmisi qalıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Der Spiegel” jurnalı məlumat yayıb.
Qeyd olunub ki, Almaniya ordusu NATO-nun 30 günlük gərgin döyüşə tab gətirə biləcək kifayət qədər artilleriya ehtiyatına sahib olmaq üçün 2031-ci ilə qədər təxminən 230 min mərmidən ibarət inventar yaratmalıdır.
Hesabatda bildirilir ki, Müdafiə Nazirliyi qarşıdakı aylarda artilleriya və tank sursatlarının alınması üçün vəsaitlər ayırmalıdır.