Xarkova güclü zərbələr endirilir

0

İyunun 5-də Xarkovda güclü partlayış səsləri eşidilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı şəhərin meri İqor Terekov Teleqram kanalında təsdiqləyib.

Şəhər rəhbərinin sözlərinə görə, Xarkov rusların raket hücumuna məruz qalır:

“Xarkov raket hücumuna məruz qalır. Vətəndaşlar partlayış səslərini eşidirlər”.

Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov şəhərin Slobodski və Şevçenkovski rayonlarında partlayışlar olduğunu bildirib:

“İlkin məlumatlara görə, S-300 raketləri ilə hücum edilib. Hazırda qurbanlar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »