İran daha bir azərbaycanlını “casus” kimi həbs edib

0

Təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.

Axar.az “Güney Azərbaycan” Teleqram kanalına istinadən xəbər verir ki, Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülmüşdü. Təxminən üç ay təkadamlıq kamerada saxlanılmış, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı 2-A Palata kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına etap edilmişdi.

Validə Yusifova dindirilmə prosesi bitdikdən sontra Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb.

31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub.

Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »