İranda iki jurnalist həbs edildi

0

Mayın 31-də İranda Hoda Tohidi və Zəhra Tohidi adlı iki jurnalist ümumxalq etirazları zamanı məlumat dərc etdikləri üçün həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə media fəalları məlumat yayıb.

Hər iki jurnalistin əvvəlcə Tehranın Evin həbsxanası prokurorluğunun hökmlərin icrası bölməsinə çağırıldığı, ardınca cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilir.

Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən jurnalistlərə qarşı “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və hökumətə qarşı təbliğat” ittihamları irəli sürüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »