Kiyevdə sərxoş məhkəmə sədri hərbçini vurub ÖLDÜRDÜ

0

Ukraynanın paytaxtı Kiyevdə məhkəmə sədri sərxoş halda qəza törədib. 

“Unikal” ukrinform-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

Bildirilir ki, Kiyev vilayətinin rayon məhkəməsinin rəhbərinin iştirakı ilə Kiyev şəhərində nəzarət-buraxılış məntəqələrindən birində yol qəzası baş verib.  İlkin məlumata görə, avtomobili idarə edən hakim Ukrayna Milli Qvardiyasının hərbçisinin üstünə çıxıb. Qəza nəticəsində Milli Qvardiyanın əsgəri aldığı xəsarətlərdən yerindəcə keçinib.

Adı açıqlanmayan hakim saxlanılaraq ekspertizaya aparılsa da, o, müayinədən keçməkdən imtina edib.

Onun barəsində cinayət işi açılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »