Qaribaşvili Ərdoğanı TƏBRİK EDİB

0

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.

Rəsmi açıqlamada Qaribaşvilinin Türkiyədə seçkilərin uğurla keçirilməsi, səsvermənin birinci turunun nəticələri və parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının səslərin çoxunu qazanması münasibətilə Ərdoğanı təbrik etdiyi bildirilib.

Baş nazir iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində, regionun davamlı və sabit inkişafında, eləcə də beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsində Ərdoğanın rolunu xüsusi vurğulayıb.

Qaribaşvili ikinci turda Ərdoğana uğurlar arzulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »