Boksçumuz dünya çempionatının finalında

0

Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.

Federasiyadan verilən məlumata görə, 86 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.

O, hər 3 raundu xeyrinə bitirib. Alfonso yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionumuz final döyüşünə mayın 14-də çıxacaq.

Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »