“Kılıçdaroğlu bununla özünün maskasını yırtmış oldu, gerçək kimliyini ortaya qoydu”

0

Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun,
prezident seçiləcəyi təqdirdə Azərbaycandan yan keçəcək “Yeni İpək Yolu” layihəsini dəstəkləyəcəyini elan etməsi və buna müvafiq xəritəni nümayiş etdirməsi bir tərəfdən hamımızı məyus etsə də, ancaq digər tərəfdən isə, hər şərdə bir xeyir olduğu kimi Kılıçdaroğlunun bu xain addımı atması da müəyyən mənada yaxşı oldu. Kılıçdaroğlu bununla özünün maskasını yırtmış oldu, gerçək kimliyini ortaya qoydu.

Prezident və parlament seçkilərinə bir həftə qalmış belə bir xoşagəlməz hadisənin baş verməsi türk seçicilərinə imkan verdi ki, CHP lideri Kamal Kılıçdaroğlunun gerçək bir türk düşməni olduğunu tanısın, bilsin. Mən inanmıram ki, bu cür biabırçı hərəkətindən sonra türk xalqı 14 mayda Kamal Kılıçdaroğlu kimi xainə səs versin. Türk xalqı müdrik xalqdır.

HDP-dən tutmuş FETÖ-çulara qədər bütün şər qüvvələrin dəstəklədiyi Kamal Kılıçdaroğlu türk xalqının dəstəyini qazana bilməz. Əhməd Ünal Çeviköz kimi ermənipərəstlərin məsləhəti ilə siyasət yürüdən CHP lideri türk xalqından dəstək ola bilməz. Azərbaycanı kənarlaşdırıb, İranı İpək Yoluna qoşmaq istəyən, türkün yolunu fars-erməni yoluna çevirmək istəyən, Qərbin nökəri rolunu oynamağa razılıq verən Kamal Kılıçdaroğlu kimi siyasətçilər türk xalqının dəstəyinə ümid bəsləməməlidir.

Dəyəri milyardlarla dollarla ölçülən meqa-kommunikasiya layihələrinin marşrutunu əlinin bircə işarəsi ilə dəyişdirə biləcəyini düşünən Kamal Kılıçdaroğlu kimi primitiv ağıl yiyələri, qeyri-ciddi siyasətçilər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözüylə desək, mayın 14-də təqaüdə göndərilsələr yaxşıdır. Türk xalqı Azərbaycana soyuq münasibət bəsləyən CHP liderinə, “Millət İttifaqı” adıyla çıxış edən anti-milli qüvvələrin namizədinə 14 mayda yerini göstərəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »