Knessetin 25 deputatı Güney müraciətindən geri çəkildi…

0

İsrail millət vəkillərinin Güney Azərbaycanın istiqlaliyyəti ilə bağlı yazdığı məktub beynəlxalq əhəmiyyətli məsələdir. İsrail Kəşfiyyat Nazirliyinin istəyi ilə sənədi imzalayan 32 millət vəkilindən 25-i geri çəkilsə də, məsələnin mahiyyəti dəyişmir və hesab edirik ki, Güney Azərbaycan naminə atılan ciddi addımdır.

Bu sözləri Axar.az-a Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O, İsrail parlamentində imzalanan sənədin Güney Azərbaycan ictimaiyyətində oyanışa səbəb olduğunu bildirib:

“İsrail parlamentində imzalanan sənəd fars medialarında böyük rezonans doğurdu. Panikaya düşdülər. İsrail dövlətinin üzərinə təzyiqləri çoxaldıb, məktubun geri çəkilməsinə nail oldular. Amma bu məsələnin mahiyyətini dəyişmir. Belə bir sənəd yayımlanıb və ona imza atan millət vəkillərinin fikir və düşüncələri bu istiqamətdədir. Çünki uzun illərdən bəri azadlıq və hüquq mücadiləsi verməsinə baxmayaraq, İranın farsdilli mediasında və Qərb mediasında böyük bir boykotla qarşılaşan Güney Azərbaycan ictimaiyyətı gördü və anladı ki, dünyada onların səsini eşidənlər var. Deməli, bizim məsələ dövlətlərin gündəmində yer ala bilər. İsrail kimi önəmli bir ölkənin parlamentində müzakirəyə çıxarılan məktub bu faktın ən açıq sübutudur”.

Məcid Cavadi dörd siyasi Güney Azərbaycan təşkilatının və Qaşqay türklərinin yaydıqları birgə bəyanatda diqqət çəkən məqamlardan da söz açıb:

“Knessetdə imzalanan məktuba münasibət olaraq, farsların antitəbliğatına qarşı bir bəyanat yaydıq. İsrail millət vəkillərinə təşəkkür etdik. Qeyd etdik ki, bizim haqlarımızı müdafiə edirlər və dünya ictimaiyyətini məlumatlandırırlar. İsrail və Azərbaycan-türk millətlərinin dostluğu əbədidir. Azərbaycanlılar İsrailin Qarabağın azadlığı üçün verdiyi dəstəyi heç vaxt unutmayacaqlar. Bu, İsrail-Azərbaycan dostluq tarixinə əbədiyyən yazılmışdır. Bütün bunlar onu göstərir ki, Güney Azərbaycan məsələsi bölgədə, dünyada çox ciddi və ağırlığı olan bir məsələyə dönür. Lakin faşist düşüncəli axın İsrail millət vəkillərinə hücum edib, onları qınayır. Çünki bəziləri dostluqdan, barışdan və paylaşmaqdan yox, ədalətsizlikdən, haqsızlıqdan yana olanlardır. Bu tarixi ədalətsizlikdə fars müxalifəti, qanlı diktator İran islam rejimi ilə işbirliyi edir. Bu diqqətə alınmalıdır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »