0

Rusiyalı məşhur modelyer Valentin Yudaşkin vəfat edib.

Bu barədə onun həyat yoldaşı “Birinci Kanal”a məlumat verib.

59 yaşlı modelyerin ölüm səbəbi açıqlanmır. 2016-cı ildə Yudaşkində böyrək xərçəngi, sonra isə başında metastazlar aşkarlanıb. Həmin vaxtdan müalicə olunurdu.

Valentin Yudaşkin karyerasına 1980-ci illərdə başlayıb. Onun ilk kolleksiyası 1991-ci ildə Parisdə təqdim olunub. Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan modelyer Rusiyanın Xalq artisti (2005), Rusiyanın Əməkdar incəsənət xadimi (1999) fəxri adlarına layiq görülüb.

Putin Yudaşkin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »