G7 ölkələri müharibə bitənə qədər Rusiya aktivlərini bloklayacaq

0

G7 ölkələri Ukraynada müharibə bitənə qədər Rusiyanın aktivlərini bloklayacaq.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin ümumi bəyanatında qeyd olunub.

Belə ki, nazirlər Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər və müharibədə Rusiyaya dəstəyin baha başa gələcəyini vurğulayıblar. G7 həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları daha da gücləndirməyə hazır olduğunu bildirib.

“Ukraynanın bərpası üçün Rusiya aktivlərinin bloklanması və ötürülməsi – bu, Rusiya terroru ilə mübarizənin reseptidir. Bu ölkədə hər kəs cinayətin qiymətini hiss etməlidir. Sadəcə bir nümunədir”, – Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bəyanatı şərh edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »