Monteneqro Seçki Komissiyası Milatoviçin prezident seçkilərində qalib gəldiyini təsdiqləyib

0

Monteneqronun keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç ölkədə keçirilən prezident seçkilərində 58,88 faiz səslə qalib gəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Monteneqro Seçki Komissiyasının ilkin məlumatlarında qeyd olunub.

Yeni seçilmiş prezident Milatoviç 58,88 % və ya 221 592 səs, keçmiş prezident Milo Cukanoviç isə 41,12 % və ya 154 769 səs toplayıb.

Monteneqro prezidenti ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və ardıcıl iki müddətdən çox olmamaq şərti ilə vəzifə tuta bilər. Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və dövlət başçısı əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir. Buna baxmayaraq, prezident postu Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük əhəmiyyət kəsb edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »